Məxfilik siyasəti
Последнее обновление: 20 noyabr 2026
Документ опубликован на азербайджанском языке, который имеет преимущественную силу по Условиям (12.6). Перевод на русский появится позже.
Bu siyasət AIGENT-in sizin barənizdə hansı məlumatları topladığını, nə üçün istifadə etdiyini, kimlə paylaşdığını və hüquqlarınızı izah edir. İstifadəçinin öz müştəriləri barədə platformaya daxil etdiyi məlumatlar ayrıca, Fərdi məlumatların emalı əlavəsi (DPA) sənədi ilə tənzimlənir.
1. Məlumatları kim emal edir
aigent.az saytını, console.aigent.az platformasını və AIGENT xidmətini “Aİ AGENT” MMC (VÖEN 1807580661, AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev (Bakıxanov qəs.), ev 1, mənzil 80) idarə edir. Bu siyasətdə sadalanan məlumatlar üzrə AIGENT məlumatların sahibi kimi çıxış edir. Əlaqə: [email protected].
2. Hansı məlumatları toplayırıq
| Kimin | Hansı məlumat | Haradan |
|---|---|---|
| Hesab sahibi və istifadəçilər | Ad, soyad, e-poçt, telefon, parol (yalnız təhlükəsiz hash şəklində), agentliyin adı və VÖEN-i, dil seçimi, Şərtlərin qəbul edildiyi versiya və tarix | Qeydiyyat forması, platforma |
| Ödəyən şəxs | Məbləğ, dövr, ödənişin statusu, kartın maskalanmış nömrəsi (məs. 416973******1234), bank əməliyyatının nömrəsi; avtomatik yenilənməyə razılıq verildikdə — ödəniş sisteminin kart üçün verdiyi identifikator (kartın özü deyil). Kart məlumatlarının özü bankın səhifəsində daxil edilir və bizə gəlmir | Epoint ödəniş sistemi |
| Platformanın istifadəçiləri | IP ünvanı, brauzer və cihaz məlumatı, giriş tarixçəsi, əsas əməliyyatların jurnalı (məs. telefon nömrəsinin açılması, icazə dəyişikliyi), xəta qeydləri | Platformanın özü |
| Demo sifariş edən şəxs | Ad, telefon, agent və ya agentlik olduğu, agentliyin adı və komandanın ölçüsü | aigent.az demo forması |
| Elan sahibləri | Açıq əmlak portallarında dərc olunmuş elanın məlumatı: əmlakın təsviri, qiymət, fotolar, elan sahibinin adı və telefon nömrəsi | Açıq mənbələr (əmlak portalları) |
| Təqdimat səhifəsinin ziyarətçiləri | Yalnız ümumi saylar: səhifəyə baxış, zəng və WhatsApp düyməsinə klik. Ziyarətçinin kim olduğu qeyd olunmur | Agentin təqdimat səhifəsi |
3. Nə üçün və hansı əsasla
- Hesabı açmaq, xidməti göstərmək, ödənişi qəbul etmək və faktura vermək — müqavilənin icrası (İstifadə şərtləri).
- Mühasibat və vergi sənədlərini saxlamaq — qanuni tələb.
- Platformanı və istifadəçiləri sui-istifadədən, icazəsiz girişdən qorumaq, xətaları düzəltmək — qanuni maraq.
- Demo sorğusuna cavab vermək — sizin müraciətiniz və razılığınız.
- Elan Bazası — agentlərin açıq elanlarla peşəkar işi; elan sahibi məlumatının silinməsini istənilən vaxt tələb edə bilər (bölmə 7).
Məlumatlarınızı satmırıq, reklam üçün istifadə etmirik və başqa şirkətlərə marketinq məqsədilə vermirik.
4. Kimlə paylaşırıq
Məlumatlar yalnız xidməti göstərməyə kömək edən aşağıdakı təchizatçılara (alt-emalçılara), lazım olduğu qədər ötürülür:
| Təchizatçı | Nə üçün | Ölkə |
|---|---|---|
| Hetzner Online GmbH | Serverlər və verilənlər bazası | Finlandiya (Avropa İttifaqı) |
| Cloudflare, Inc. | Saytın təhlükəsiz çatdırılması (şəbəkə) və şəkillərin saxlanması | ABŞ; qlobal şəbəkə |
| Epoint | Kartla ödənişin qəbulu | Azərbaycan |
| “KYOCODA” MMC | Platformanın inkişafı və texniki dəstək | Azərbaycan |
Qanunla tələb olunduqda məlumat səlahiyyətli dövlət orqanına verilə bilər. Təchizatçı siyahısı dəyişdikdə bu səhifə ən azı 14 gün əvvəl yenilənir.
5. Ölkədən kənara ötürmə
Platformanın serverləri Avropa İttifaqında (Finlandiya) yerləşir, saytın çatdırılması Cloudflare-in qlobal şəbəkəsi ilə həyata keçirilir. Bu səbəbdən məlumatlar Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülür; ötürmə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılır.
6. Nə qədər saxlayırıq
- Hesab məlumatları — hesab mövcud olduqca; abunə bitdikdən sonra İstifadə şərtlərinin 11.4–11.5 bəndlərinə uyğun (ən azı 3 ay, sonra bildirişlə silinə bilər).
- Ödəniş sənədləri — qanunvericiliklə müəyyən olunan müddətdə.
- Giriş tarixçəsi və əməliyyat jurnalı — təhlükəsizlik üçün lazım olduğu müddətdə, hesab silinənədək.
- Demo sorğuları — sorğuya cavab verildikdən sonra 12 ayadək.
- Elan Bazası — elan mənbədə silindikdən sonra da arxivdə saxlanılır; elan sahibi silinməsini tələb edə bilər.
7. Hüquqlarınız
Barənizdə hansı məlumatı saxladığımızı öyrənmək, onu düzəltmək, silinməsini və ya emalın dayandırılmasını tələb etmək, razılığınızı geri götürmək hüququnuz var. Bunun üçün [email protected] ünvanına yazın; sorğuya 10 iş günü ərzində cavab veririk. Hesab məlumatlarının çoxunu platformanın tənzimləmələrində özünüz dəyişə bilərsiniz.
Agentin müştərisi kimi (CRM-də) məlumatınız varsa, bu məlumatın sahibi həmin agent və ya agentlikdir: sorğunuzu birbaşa ona, yaxud bizə yazın — bizə yazsanız, sorğunu 5 iş günü ərzində ona yönləndiririk.
8. Təhlükəsizlik
Bütün əlaqə HTTPS ilə şifrələnir, parollar Argon2 hash ilə saxlanılır, agentliklərin məlumatları bir-birindən verilənlər bazası səviyyəsində ayrılır, giriş rol və icazələrlə idarə olunur, əsas əməliyyatlar jurnala yazılır. Ətraflı: Fərdi məlumatların emalı əlavəsi (DPA), bölmə 5.
9. Kukilər
Yalnız saytın işləməsi üçün zəruri kukilərdən istifadə edirik. Ətraflı: Kuki siyasəti.
10. Yaş həddi
AIGENT peşəkar xidmətdir və 18 yaşından kiçik şəxslər üçün nəzərdə tutulmayıb.
11. Dəyişikliklər
Bu siyasət dəyişdikdə yeni mətn bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir. Mahiyyətə toxunan dəyişikliklər barədə İstifadə şərtlərinin 9.6 bəndinə uyğun əvvəlcədən bildiriş verilir.