Kuki siyasəti
Последнее обновление: 20 noyabr 2026
Документ опубликован на азербайджанском языке, который имеет преимущественную силу по Условиям (12.6). Перевод на русский появится позже.
Bu siyasət aigent.az saytına və AIGENT platformasına (console.aigent.az) aiddir. Saytı “Aİ AGENT” MMC (VÖEN 1807580661) idarə edir.
1. Kuki nədir
Kuki (cookie) saytı ziyarət etdiyiniz zaman brauzerinizdə saxlanılan kiçik mətn faylıdır. Kukilər saytın işləməsi, sizi tanıması və seçimlərinizi yadda saxlaması üçün istifadə olunur.
2. Kuki növləri
| Növ | Nə üçün | İstifadə edirikmi | Razılıq |
|---|---|---|---|
| Zəruri | Hesaba giriş, təhlükəsizlik, seçdiyiniz dil | Bəli | Tələb olunmur — onlarsız sayt işləmir |
| Analitika | Ziyarət sayını və xətaları anonim statistika kimi ölçmək | Xeyr | Tələb olunur |
| Marketinq | Reklamın nəticəsini ölçmək | Xeyr | Tələb olunur |
Hazırda analitika və marketinq kukilərindən istifadə etmirik. Onlardan istifadəyə başlasaq, əvvəlcə saytda razılıq paneli göstəriləcək, bu kukilər yalnız razılığınızdan sonra işə düşəcək və bu səhifə yenilənəcək.
3. İstifadə etdiyimiz kukilər
| Kuki | Harada | Nə üçün | Müddət |
|---|---|---|---|
| refreshToken | console.aigent.az | Hesaba girişin davam etməsi (yalnız serverə göndərilir, skriptlər oxuya bilmir) | 30 gün və ya çıxış edənədək |
| NEXT_LOCALE | console.aigent.az | Platformanın dili | 12 ay |
| locale | aigent.az | Saytın dili | 12 ay |
| aigent_session | AIGENT sistem konsolu | Yalnız AIGENT əməkdaşlarının girişi | 12 saat, «məni xatırla» ilə 30 gün |
Platforma bəzi interfeys seçimlərini (məsələn, yan panelin yığılması, cədvəl görünüşü, son ödəniş sifarişi) brauzerin yerli yaddaşında (localStorage) saxlayır. Bu məlumat yalnız sizin brauzerinizdə qalır və bizə göndərilmir. Siyahı dəyişdikdə bu səhifə yenilənir.
4. Seçiminizi idarə etmək
Kukiləri brauzerinizin tənzimləmələrindən silə və ya bloklaya bilərsiniz. Zəruri kukiləri bloklasanız, hesaba giriş və dil seçimi işləməyəcək.
5. Üçüncü tərəflər
Saytda üçüncü tərəflərin (Google, Meta və s.) kukiləri yoxdur. Kartla ödəniş zamanı siz Epoint və bankın səhifəsinə keçirsiniz; həmin səhifələr öz kuki siyasətlərinə uyğun işləyir.
6. Əlaqə
Suallar üçün: [email protected]. Fərdi məlumatlarınız barədə ətraflı məlumat Məxfilik siyasəti sənədindədir.