Kuki siyasəti

Son yenilənmə: 20 noyabr 2026

Bu siyasət aigent.az saytına və AIGENT platformasına (console.aigent.az) aiddir. Saytı “Aİ AGENT” MMC (VÖEN 1807580661) idarə edir.

1. Kuki nədir

Kuki (cookie) saytı ziyarət etdiyiniz zaman brauzerinizdə saxlanılan kiçik mətn faylıdır. Kukilər saytın işləməsi, sizi tanıması və seçimlərinizi yadda saxlaması üçün istifadə olunur.

2. Kuki növləri

NövNə üçünİstifadə edirikmiRazılıq
ZəruriHesaba giriş, təhlükəsizlik, seçdiyiniz dilBəliTələb olunmur — onlarsız sayt işləmir
AnalitikaZiyarət sayını və xətaları anonim statistika kimi ölçməkXeyrTələb olunur
MarketinqReklamın nəticəsini ölçməkXeyrTələb olunur

Hazırda analitika və marketinq kukilərindən istifadə etmirik. Onlardan istifadəyə başlasaq, əvvəlcə saytda razılıq paneli göstəriləcək, bu kukilər yalnız razılığınızdan sonra işə düşəcək və bu səhifə yenilənəcək.

3. İstifadə etdiyimiz kukilər

KukiHaradaNə üçünMüddət
refreshTokenconsole.aigent.azHesaba girişin davam etməsi (yalnız serverə göndərilir, skriptlər oxuya bilmir)30 gün və ya çıxış edənədək
NEXT_LOCALEconsole.aigent.azPlatformanın dili12 ay
localeaigent.azSaytın dili12 ay
aigent_sessionAIGENT sistem konsoluYalnız AIGENT əməkdaşlarının girişi12 saat, «məni xatırla» ilə 30 gün

Platforma bəzi interfeys seçimlərini (məsələn, yan panelin yığılması, cədvəl görünüşü, son ödəniş sifarişi) brauzerin yerli yaddaşında (localStorage) saxlayır. Bu məlumat yalnız sizin brauzerinizdə qalır və bizə göndərilmir. Siyahı dəyişdikdə bu səhifə yenilənir.

4. Seçiminizi idarə etmək

Kukiləri brauzerinizin tənzimləmələrindən silə və ya bloklaya bilərsiniz. Zəruri kukiləri bloklasanız, hesaba giriş və dil seçimi işləməyəcək.

5. Üçüncü tərəflər

Saytda üçüncü tərəflərin (Google, Meta və s.) kukiləri yoxdur. Kartla ödəniş zamanı siz Epoint və bankın səhifəsinə keçirsiniz; həmin səhifələr öz kuki siyasətlərinə uyğun işləyir.

6. Əlaqə

Suallar üçün: [email protected]. Fərdi məlumatlarınız barədə ətraflı məlumat Məxfilik siyasəti sənədindədir.

Əsas səhifəyə qayıt